Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib | Icma.az
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri seçilib.
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında muxtar respublika MSK-nın yeni tərkibi formalaşdırılıb.
İclasda muxtar respublika MSK üzvlüyünə Orxan Rza oğlu Bağırov, Asim Yediyar oğlu Əliyev, Elşən Sadıq oğlu Heydərli, Çingiz Namizəd oğlu Həsənli, Ramil Əli oğlu Orucəliyev, Məlahət Oruc qızı Rüstəmova və Nicat Əsgər oğlu Yaqubovun namizədliyi irəli sürülüb.
Aparılan müzakirələrdən sonra irəli sürülən şəxslərin namizədliyi səsə qoyularaq təsdiq edilib.
Bizim Telegram kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu