Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb

14.12.2024

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn ilin dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilməsi nəzərdə tutulan dotasiyanın həcmi dəyişib.

APA-nın xəbərinə görə, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə 320 milyon 529 min manat dotasiya (transfertin yuxarı həddi) nəzərdə tutulmuşdu.

Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu məqsədlə 285 milyon 713 min manat ayrılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью