Naxçıvan MR Konstitusiyasında dəyişikliklər ediləcək

28.01.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Milli Məclisində “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun ikinci səsverməsi baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, səsvermə 2 fevral tarixində keçiriləcək.

Səsverməyə çıxarılacaq sənəd Naxçıvan Muxtar Respublikasının idarəetmə sistemi, səlahiyyət bölgüsü və hüquqi mexanizmlərində bir sıra dəyişiklikləri ehtiva edir.

Milli Məclisin komitələrində müzakirəsi tamamlanmış dəyişikliklərin Naxçıvanda idarəetmənin optimallaşdırılması, hüquqi çərçivənin dəqiqləşdirilməsi və institusional fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью