Naxçıvan MR MSKnin yeni tərkibdə ilk iclası

20.11.2024

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib və Çingiz Həsənli  komissiyanın sədri seçilib.

Çingiz Həsənli qeyd edib ki, MSK bundan sonrakı fəaliyyətində də muxtar respublikada seçkilərin demokratik prinsiplər əsasında keçirilməsi və vətəndaşların seçki hüquqlarının qorunması üçün lazımi addımlar atacaq, qanunvericiliyin tələblərini, dövlətimizin və dövlətçiliyimizin maraqlarını əsas götürəcək. 

Sonra Ramil Orucəliyev Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Orxan Bağırov isə  Mərkəzi Seçki Komissiyasının katibi seçilib.

Səbuhi HƏSƏNOV 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью