Naxçıvan MSKnın əvvəlki üzvləri onlar idi

16.11.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb.

"Unikal"ın məlumatına görə, Orxan Bağırov, Asim Əliyev, Elşən Heydərli, Çingiz Həsənli, Ramil Orucəliyev, Məlahət Rüstəmova və Nicat Yaqubov Naxçıvan MSK-nın üzvlüyünə təsdiqləniblər.

Bundan əvvəl Naxçıvan MSK-nın üzvləri Əkrəm Hüseynzadə,Xatirə İbrahimli, Arif Ağayev, Şamxal Məmmədov, Ceyran Quliyeva və Şəhla Şirəliyeva olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə bu ilin oktyabr ayında ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью