Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb AZƏRTAC | Icma.a…
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan, 3 dekabr, AZƏRTAC Naxçıvan Muxtar Respublikasında yeni iş yerlərinin yaradılması istiqamətində mühüm işlər görülür.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1621 yeni iş yeri açılıb ki, bu da 2023-cü müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yeni iş yerlərinin 912-si dövlət, 709-u isə qeyri-dövlət sektorunda qeydə alınıb.
Yeni yaradılmış 101 müəssisədə və təşkilatda 1260, mövcud 49 müəssisə və təşkilatda isə 361 iş yeri açılıb.
Ümumi yeni iş yerlərinin 1331-i Naxçıvan şəhərinin, 100-ü Şərur, 74-ü Babək, 31-i Ordubad, 34-ü Culfa, 12-si Kəngərli, 19-u Şahbuz və 20-si Sədərək rayonlarının payına düşüb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu