Naxçıvan Nazirlər Kabineti Ali Məclisə TABE OLMAYACAQ

08.07.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin 8 iyul tarixli iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

Qanun layihəsinə əsasən, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə özünün fəaliyyəti barədə hesabat verəcək. Naxçıvan MR-in Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью