Naxçıvan polisinə yeni avtomobillər verildi Yeni Çağ Media

06.01.2025

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarına yeni avtomobillər verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş “Kia Sportage”, “Kia Optima”, “BMW” markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью