Naxçıvan rəsmisi turizmin inkişafı ilə bağlı sahibkarlara çağırış edib | Icma.az
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan Muxtar Respublikasında ekoloji, dini, müalicəvi və dağçılıq turizminin inkişafı üçün böyük potensial mövcuddur.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
"Burada tarixi abidələrin zənginliyi, Duzdağ Fizioterapiya Mərkəzi, müalicəvi sular və münbit təbii iqlim bu sahəyə investisiyaları cəlbedici edir.
Sahibkarları bu imkanlardan istifadə edərək regionun inkişafına töhfə verməyə çağırıram", - deyə o qeyd edib.
Bizim Telegram kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu