Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib

27.05.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib.

"Cebheinfo.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Ülviyyə Həmzəyeva hesabat məruzəsi ilə çıxış edib.

Açıq səsvermə yolu ilə keçirilən seçkidə iştirakçılar Ülviyyə Həmzəyevanın namizədliyini dəstəkləyərək onu yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçiblər.

Konfransda həmçinin Birliyin son beş illik fəaliyyəti müzakirə olunub, görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью