Naxçıvan reysi haqda AZAL dan rəsmi açıqlama

28.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Hava Yollarının 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə “Yeni Sabah”a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat daxil olub.

Xəbərdə bildirilir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar. Toyuqlu pizza

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью