Naxçıvan Sabaha qalib gəldi

08.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 10-cu tura start verilib.

Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutmuş turun açılış oyununda "Naxçıvan" 80-75 hesabı ilə A qrupunun lideri "Sabah" üzərində sürpriz qələbə qazanıb.

Oyunun ən dəyərli basketbolçusu 31 xal və 4 ribaundla Cermeyn Merrou ("Naxçıvan") seçilib.

Qeyd edək ki, 10-cu turun növbəti oyunları ("Abşeron" - "Neftçi", "Sərhədçi" - NTD, "Lənkəran" - "Şəki", "Ordu" - "Quba", "Gəncə" - "Sumqayıt") 9-12 yanvar tarixlərində keçiriləcək.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью