Naxçıvan Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var

25.10.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var

APA xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar - 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü il təvəllüdlü Hacıyeva Sevinc Namiq qızı, 1985-ci il təvəllüdlü Hacıyeva Gülnar Yusif qızı, 1982-ci il təvəllüdlü Hacıyev Namiq Nəbi oğlu və 2003-cü il təvəllüdlü Nağıyev Cəmil Asəf oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью