Naxçıvan sakinini it dişlədi

24.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Naxçıvanda 35 yaşlı kişi itin hücumuna məruz qalıb, bədəninə 10 tikiş qoyulub.

Lent.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nəcməddin Naxçıvani küçəsində baş verib.

Sahibsiz it Naxçıvan şəhər sakini, 35 yaşlı İsmayılov Yusif Rəqib oğluna hücum çəkib və onu yaralayıb.

Zərərçəkmiş Naxçıvan Muxtar Respublikası Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Əldə olunan məlumata görə, Y.İsmayılovun bədəninin müxtəlif nahiyələrinə 10 tikiş qoyulub, quduzluğa qarşı iynə vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью