Naxçıvan sakinləri pullarını ən çox nəyə xərcləyirlər?

18.11.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 7 milyon 150 min 900 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Ticarət şəbəkəsində 516 milyon 668 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 490 milyon 482 min 500 manatlıq qeyri-qida məhsulları satılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью