Naxçıvan sakinlərinin NƏZƏRİNƏ! 12 oktyabr 21:00 dan etibarən...

09.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bir sıra ərazilərdə suyun verilişində müvəqqəti fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-də saat 21:00-dan etibarən şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrində, 6, 11, 58, 59 və 61-ci məhəllələrdə, Hərbi şəhərcik 2 ərazisində, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərində suyun verilişi müvəqqəti dayandırılacaq.

Suyun verilişinin oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə bərpa olunacağı gözlənilir. Dominos pizza


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью