Naxçıvan Şəhər Mədəniyyət İdarəsinə müdir təyin olundu

03.12.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə təyinat olub.

Sfera.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Azər Babalı oğlu Cəfərli Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azər Cəfərli bu təyinata qədər Naxçıvan Musiqi Kollecində müəllim işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью