Naxçıvan Şəhər Mədəniyyət İdarəsinə müdir təyin olunub

03.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə təyinat olub.

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Azər Babalı oğlu Cəfərli Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azər Cəfərli bu təyinata qədər Naxçıvan Musiqi Kollecində müəllim işləyib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью