Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 11 mart, AZƏRTAC
Naxçıvan şəhərinin 48-ci məhəlləsində qaz boruları korroziyaya uğrayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin boruların təmir-bərpası ilə əlaqədar bu gün saat 14:30-dan 16:30-dək 450 abonentin qaz təchizatında məhdudiyyət olacaq. İşlər yekunlaşdıqdan sonra məhəlləyə təbii qazın verilişi təmin ediləcək.
Müxbir- Nail Əsgərov