Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb

05.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 5 iyun, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ümumi uzunluğu 7,7 kilometr olan Naxçıvan şəhəri Xətai məhəlləsinin avtomobil yollarının asfaltlanmasına başlanılıb.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda yolun 1 kilometrlik hissəsinə birinci qat asfalt örtüyü vurulub və bu istiqamətdə işlər davam etdirilir.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью