Naxçıvan şəhərində ağacəkmə aksiyası olub

06.11.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 6 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi və tabe təşkilatlarının iştirakı ilə ağacəkmə və yaşıllıqlara qulluq aksiyası keçirilib.

İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində 150 ağac əkilib, mövcud yaşıllıq sahələrinə qulluq göstərilib.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə və şəhidlərimizin əziz xatirəsinə həsr olunan aksiya həm qəhrəmanlarımızın xatirəsinə ehtiramın, həm də şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına verilən töhfənin ifadəsidir.

Qeyd edək ki, Naxçıvan şəhərində yaşıllıqların artırılması və ətraf mühitin qorunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Müxbir - Nail Əsgərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью