Naxçıvan şəhərində binaların istilik təchizatıına noyabrın 1 də başlanılacaq

30.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 30 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərində 2026–2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-dən start veriləcək.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, soyuq iqlim şəraiti nəzərə alınaraq ölkənin 26 şəhər və rayonunda istilik mövsümünün müddəti 2026-cı il noyabrın 1-dən 2027-ci il mayın 1-dək müəyyən edilib.

Bununla əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən, noyabrın 1-dən şəhərdəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin olunacaq.

Beləliklə, müəyyən edilmiş tarixdən etibarən Naxçıvan şəhəri ərazisində istilik təchizatına başlanılacaq.

Müxbir - Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью