Naxçıvan şəhərində çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

12.08.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 12 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti tədbirləri çərçivəsində Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 46 ünvanında fəaliyyət göstərən Zamiq Səfərova məxsus çörək emalı müəssisəsində yoxlama aparılıb.

Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yoxlama zamanı gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib.

Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью