Naxçıvan şəhərində daxili avtomobil yollarının əsaslı təmirinə başlanılıb

24.11.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 24 noyabr, AZƏRTAC

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar, ümumi uzunluğu 10,3 kilometr olan Naxçıvan şəhərinin Babək məhəlləsi, 6-cı məhəllə, Hacıniyyət kənd avtomobil yolu və uzunluğu 17,5 kilometr olan Naxçıvan şəhər S.Vurğun, N.Naxçıvani, H.Rəhmanov, 58-ci məhəllə istiqamətində əsaslı təmir işləri həyata keçirilir.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda yolda torpaq işləri görülür, yol əsası möhkəmləndirilir və suötürücü qurğular quraşdırılır. Bu proses yekunlaşdıqdan sonra avtomobillərin daha rahat hərəkət etməsi üçün yola asfalt örütüyü salınacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью