Naxçıvan şəhərində içməli su xəttində qəza baş verib

08.10.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərində içməli su xəttində qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsi və Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar oktyabrın 9-da gecə həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər sabah gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью