Naxçıvan şəhərində içməli su xəttində qəza baş verib

06.05.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 6 may, AZƏRTAC

Naxçıvan şəhərində içməli su xəttində qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza diametri 450 millimetr olan magistral xətdə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar mayın 7-si saat 00:00 etibarən Naxçıvan şəhərinin bəzi ərazilərinin -M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərə içməli suyun verilişi bərpa olunacaq.

 Müxbir- Nail Əsgərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью