Naxçıvan şəhərində su xəttində qəza baş verib

06.02.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 6 fevral, AZƏRTAC

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsini, Babək, Əlincə, 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər bu gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью