Naxçıvan şəhərinə elektrik enerjisinin verilişində fasilələr olacaq

02.09.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 2 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən təmir-bərpa işləri aparılacaq.

ASC-nin Naxçıvan RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Bu səbəbdən şəhərin bəzi ərazilərində və müxtəlif vaxtlarda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью