Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilişi dayandırılıb | Icma.az
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan, 9 iyul, AZƏRTAC Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb.Naxçıvan Su-kanal idarəsinin əməkdaşları əraziyə baxış keçirib, hazırda təmir-bərpa işlərinə başlanılıb.
İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu