Naxçıvan şəhərinin bəzi küçələrində su təchizatında fasilə yaranacaq

05.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də günün ikinci yarısından diametri 160 millimetr olan magistral su xəttindən "MİDA" MMC-nin inşa etdiyi yaşayış kompleksinə birləşmə işləri aparılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar Naxçıvan şəhərinin Babək məhəlləsi ilə Əliqulu Qəmküsar küçəsinin kəsişməsi istiqamətində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq. İşlər başa çatdıqdan sonra su təchizatı əvvəlki rejim üzrə bərpa ediləcək.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью