Naxçıvan şəhərinin Səməd Vurğun küçəsi əsaslı təmir olunur

07.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 7 sentyabr, AZƏRTAC

Ümumi uzunluğu 17,5 kilometr olan Naxçıvan şəhərinin Səməd Vurğun, Nəcməddin Naxçıvani, Məhəmməd Hüseyn Şəhriyar-Həsən Rəhmanov, 58-61-ci məhəllə istiqamətində əsaslı təmir işlərinə başlanılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətində işlər aparılır. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 17,5 kilometrlik avtomobil yoluna ikiqat asfalt örtüyü döşənəcək.

Müxbir - Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью