Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

23.04.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti publik hüquqi şəxsin direktoru işdən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Namazov İlqar Hüseyn oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub. 

Qurumun direktor əvəzi vəzifəsi Rəhimov Vüsal Musa oğluna həvalə edilib. 

Qeyd edək ki, bu ilin fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev vəzifəsindən azad olunaraq Naxçıvanın Baş naziri təyin olunub. Hazırda şəhərin icra başçısı vəzifəsi boşdur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью