Naxçıvan şəhərinin Xətai küçəsində asfaltlanma işləri görülür

09.09.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 9 sentyabr, AZƏRTAC

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Naxçıvan şəhərinin bəzi küçə və məhəllələrində rahat gediş-gəlişin təmin edilməsi məqsədilə təmir-bərpa işləri icra olunur.

Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhərin Xətai küçəsində uzunluğu 7,7 kilometr olan avtomobil yolunda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yolun 4,5 kilometrə yaxın hissəsi birinci qat asfalt örtüyü ilə təmin olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, işlər "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində həyata keçirilir.

Müxbir - Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью