“Naxçıvan Taxıl Məhsulları” MMC nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib

03.08.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan icraçı direktoru Şakir Tarverdiyev barəsində qərar verilib.

APA xəbər verir ki, onunla bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, təqsirləndirilən şəxsin həbs müddəti noyabradək uzadılıb.

Şakir Tarverdiyev qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri Naxçıvan Şəhər Məhkəməsində seçilib.

Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью