Naxçıvan təcrid vəziyyətindən çıxır?

12.08.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin Naxçıvana səfəri göstərdi ki, muxtar respublikanın inkişafı artıq ayrı-ayrı layihələr deyil, sənaye, enerji, nəqliyyat və şəhərsalmanı birləşdirən vahid strateji proqram əsasında həyata keçirilir. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanı Azərbaycanın əsas tranzit qovşaqlarından birinə çevirərək onun geosiyasi mövqeyini və regional iqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Sənaye Parkı, enerji layihələri və yeni infrastruktur investisiyaları isə istehsalın genişlənməsi, məşğulluğun artması və Naxçıvanın enerji ixracı və logistika imkanlarının güclənməsi üçün yeni perspektivlər yaradır.Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycan və region ölkələri ilə iqtisadi inteqrasiyasına hansı konkret təsirləri göstərə bilər?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində nümayiş etdirilən konseptual yanaşma muxtar respublikanın geosiyasi və sosial-iqtisadi inkişaf trayektoriyasının pərakəndə təşəbbüslər müstəvisindən çıxarılaraq dövlət suverenliyinin iqtisadi və logistik komponentlərinin möhkəmləndirilməsinə xidmət edən vahid, sistemli və strateji proqramlaşdırma mərhələsinə qədəm qoyduğunu sübut edir.

“Naxçıvanın uzun illər ərzində üzləşdiyi coğrafi anklav vəziyyətinin yaratdığı kommunikasiya təcridinin aradan qaldırılması kontekstində Zəngəzur dəhlizinin beynəlxalq hüquqi və geoiqtisadi reallığa çevrilməsi muxtar respublikanın yalnız Azərbaycanın əsas ərazisi ilə strateji nəqliyyat bütövlüyünü bərpa etməyəcək, həm də daxili bazarların fəaliyyətində xərclərin minimallaşdırılmasını və resursların maneəsiz dövriyyəsini təmin edəcəkdir. Bu dəhliz Cənubi Qafqazın transmilli nəqliyyat arteriyalarının yenidən konfiqurasiya olunması vasitəsilə Naxçıvanı Avrasiya miqyaslı logistika şəbəkələrinin kəsişmə nöqtəsinə çevirməklə onun region ölkələri ilə institusional və ticarət-iqtisadi inteqrasiyasını keyfiyyətcə yeni müstəviyə yüksəldəcəkdir”, – deyə deputat bildirib.

O vurğulayıb ki, müvafiq olaraq regionda müasir sənaye infrastrukturunun və xüsusi iqtisadi zonaların formalaşdırılması, o cümlədən bərpa olunan enerji mənbələrinin generasiyasına yönəlmiş strateji investisiyaların təşviqi muxtar respublikanın uzunmüddətli sosial-iqtisadi inkişaf paradiqmasını mərkəzi büdcədən dotasiya asılılığı olan modeldən azad edərək onu yüksək əlavə dəyər yaradan, geniş ixrac potensialına malik və strateji resursların transferini həyata keçirən dayanıqlı özünütəminat modelinə transformasiya edir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью