Naxçıvan təmsilçisi kunq fu üzrə Azərbaycan birincisi olub

16.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 16 noyabr, AZƏRTAC

Noyabrın 14-15-də Bakı şəhərindəki Sərhədçi İdman Mərkəzində kunq-fu idman növü üzrə XXXII Azərbaycan çempionatı və birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ölkənin müxtəlif bölgələrini təmsil edən 65 klubdan olan 450-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Naxçıvanda fəaliyyət göstərəm “Levent Bulut Fight Club” Akademiyasının idmançısı Turan Abbasov birincilikdə uğurla çıxış edib. 2015-ci il təvəllüdlülər arasında 36 kiloqram çəki dərəcəsində mübarizə aparan T.Abbasov yarışın qızıl medalına sahib çıxmaqla ölkə birincisi olub.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью