Naxçıvan təmsilçisi növbəti dəfə ölkə birincisi olub

24.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 24 may, AZƏRTAC

2010/2011-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyinə start verilib. 2 gün davam edən yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Mingəçevir, İsmayıllı, Xızı, Quba, Xaçmaz, Astara və Bərdədən olan 170-dən çox atlet mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, birincilikdə muxtar respublikanı Ordubad rayonundan məşqçi Əmrah Nağıyev, 4 qız və 2 oğlan idmançı təmsil edib.

İdmançılardan Namiq Babayev 1500 metr məsafəyə qaçış üzrə birinci, 800 metr məsafədə isə ikinci olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью