Naxçıvan təmsilçisi səfərdə məyus oldu

28.10.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” ikinci matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi 5-ci qrup çərçivəsində Bosniya və Herseqovinanın “Buba Mara” klubu ilə üz-üzə gəlib. Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da baş tutan mübarizə rəqibin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionunun heyətində Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov rəqib qapısına yol tapmağı bacarsalar da, bu qollar məğlubiyyətin qarşısını almağa yetməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью