“Naxçıvan” və “Sumqayıt”dan qələbə

08.11.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Basketbol Liqasında 6-cı tura yekun vurulub. Sport24.az xəbər verir ki, günün ilk görüşündə "Gəncə" "Sumqayıt"ı qəbul edib.

Gəncə İdman Sarayındakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 80:76.

Günün ikinci qarşılaşmasında "Naxçıvan" "LANDAU Lions"u məğlub edib. Milli Gimnastika Arenasında reallaşan görüş 63:59 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью