Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib.

"Unikal" xəbər verir ki, toplantıda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılarının namizədliyini təqdim edib.

Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlu səsverməyə çıxarılaraq qazı vəzifəsinə seçiliblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью