News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu, uzunluğu 123,6 km olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi 93% səviyyəsində tamamlanıb.News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilməsini təmin edir.
Yolun ümumi uzunluğu 149,9 km təşkil edir. Əsas yolun uzunluğu isə 123,6 km-dir.
Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır.
Yolun eni 14-21 m arasında dəyişir, torpaq yatağının eni 21.5-29.5 m, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib.
Bu, nəqliyyatın rahat və təhlükəsiz axınına zəmin yaradır.Layihə çərçivəsində 261 boru (16 814 m), 55 alt keçid (3781 m) və 28 körpü (2090 m) inşa edilir.
Ayrıca, yol boyunca 3 tunel də tikilir, bu tunellərin ümumi uzunluğu isə 12 032 m-dir.Yolun inşasında istifadə edilən materiallar və texnikalar yüksək keyfiyyətə malikdir.
Torpaq yatağı işləri, hamarlayıcı lay, əsasın alt və üst layları ilə birlikdə yol geyimi işləri artıq böyük bir hissə olmaqla tamamlanıb.