Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.
Lent.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən APA-ya verilən məlumata görə, muxtar respublikanın bəzi dağlıq və dağətəyi ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb.
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb. Məlumata əsasən, yağan dolunun diametri 1 santimetr olub.
Hazırda bölgədə hava şəraiti nəzarətdə saxlanılır.