Naxçıvana dotasiya 6 % dən çox azaldılır

23.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.

Bakıvaxtı.az bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,4 % azdır.

Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 3,6 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью