Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərazisindən Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolda erməni sərhədçilərin dayanmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
Paşinyan bildirib ki, sərhədçilər əsasən sərhəddə dayanır: "Bəli, həmin yolda Ermənistanın suverenliyi çərçivəsində Ermənistan sərhədçiləri olacaq.
Vətəndaşlarla şəxsi təmas olmayacaq, çünki biometrik pasportlar yoxlanılacaq, lakin onlarla problem yaranarsa, bu aspekt nəzərə alınmalıdır".
Ağarza Elçinoğlu Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.