Naxçıvana təyyarə reysləri bərpa edidi

16.02.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.

AZAL-dan Lent.az-a verilən məlumata görə,  artıq Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.

Məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.

"Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - AZAL-dan bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью