Icma.az bildirir, Azertag portalına istinadən.
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyinde olan “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC-nin əməkdaşları tərəfindən Qoşadizə və Xətai tinglik sahələrində yeni toxmacarlıqların yaradılması məqsədi ilə aqrotexniki qaydalara uyğun olaraq şum, kultivasiya və şırma açma işləri görülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1,2 hektar sahəyə yaxın günlərdə badam və ərik toxumu əkilməsi planlaşdırılır. Əkiləcək toxumlar yetişdirildikdən sonra ting halında əkin dövriyyəsinə buraxılacaq.