Naxçıvanda 12 milyonluq tenderin qalibi açıqlandı

24.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

“Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” ilə bağlı tenderin nəticələri elan edilib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, sifarişçisi Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi olduğu tenderin qalibi “Hovers Group” MMC-dir.

Qalib şirkətlə 12 milyon 430 min manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Hovers Group” MMC 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib. Nizamnamə kapitalı 345 720 manat olan şirkət müxtəlif biznes sahələrinə yönələrək Bakı Enerji Tikinti ASC, Hovers İşıqlandırma MMC və Hovers Tikinti MMC şirkətlərindən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью