Naxçıvanda 146 layihə icra olunub, 47 lisenziya verilib

29.01.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 29 yanvar, AZƏRTAC

2025-ci ildə muxtar respublikada sahibkarlıq sahəsində həyata keçirilən layihələr nəticəsində 97-si dövlət maliyyə dəstəyi, 49-u özəl investisiya hesabına olmaqla, 146 layihə üzrə istehsal və xidmət sahələri istifadəyə verilib, hazırda isə 113 layihə üzrə işlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Nazir diqqətə çatdırıb ki, 2025-ci ildə Naxçıvanda sahibkarlıq fəaliyyəti üzrə 47 lisenziya verilib. Lisenziyaların 42,6 faizi əczaçılıq, 12,8 faizi baytarlıq, 10,6 faizi yükdaşıma, 8,5 faizi rabitə, 4,2 faizi tikinti , 21,3 faizi isə digər fəaliyyət növlərinə aiddir.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 9752 icazə reyestrdə qeydiyyata alınıb, icazələrdən büdcəyə 231,6 min manat vəsait daxil olub. O qeyd edib ki, 2024-cü illə müqayisədə icazələrin sayı 81,5 faiz, icazələrdən daxilolmalar isə 49,2 faiz artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью