Naxçıvanda 16 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

05.11.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-25-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında (MR) 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad olunub, 33 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Naxçıvan MR Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil Şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub.
Aparılmış monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara görə 13 məktəb, bir məktəbdənkənar təhsil müəssisəsinin direktoru, iki bağça müdiri vəzifəsindən azad olunub, 15 direktora xəbərdarlıq, 15 direktora şiddətli töhmət, üç direktora isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью