Naxçıvanda 16 yaşlı qız faciəvi şəkildə öldü KONKRET

03.09.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ordubadda 16 yaşlı qızı avtomobil vuraraq öldürüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə dünən gücə rayonun Aza kəndi ərazisində baş verib. 67-BL-015 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yolu keçən kənd sakini 2009-cu il təvəllüdlü Fatimə Seyidzadəni vurub.

Xəsarət alan yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью